“Əliyev və Ərdoğana qarşı sanksiya...” - Baydendən ilk tələb

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev və Ərdoğana qarşı sanksiya...” - Baydendən ilk tələb

Siyasət

21 Yanvar 2021 19:03 6272


Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı ən köklü erməni lobbisi olan Erməni Milli Komitəsindən istifadə etməklə onun Türkiyəyə qarşı addımlar atmasına çalışır.

Yenisabah.az xəbər verir ki, Baydenin inauqurasiya mərasimindən dərhal sonra Erməni Milli Komitəsi təbrik mesajı yayıb.

Çox sayda tələbin olduğu təbrik mesajında Erməni Milli Komitəsi ötən il baş verən qarşıdurmanın ardınca Ankara və Bakıya sanksiyalar tətbiq edilməsini istəyib. pizza sifarişi

Erməni Milli Komitəsinin Baydeni təbrik mesajında Türkiyə və Azərbaycanla bağlı bu fikirlər yer alıb:

"Qanunlar əsasında ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi (silah ixracı da daxil olmaqla) dayandırılmalıdır.

Əliyev və Ərdoğan "rejimin”ə Dağlıq Qarabağda baş verən insan haqlarını "pozması” səbəbindən sanksiyalar tətbiq edilməlidir.

Dövlət Departamenti, Pentaqon və Ədliyyə nazirlikləri Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparalarının ABŞ-dan alınan hissələri ilə bağlı araşdırma aparılmalıdır".  /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!