Elman Rüstəmov bu qaydanı pozdu   - 8 ildir ki...

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmov bu qaydanı pozdu - 8 ildir ki...

Siyasət

24 Fevral 2021 22:56 1039


Daha bir federasiya daxili nizamnaməni kobud şəkildə pozub.

Yenisabah.az xəbər verir ki, Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyasında 2012-ci ildən sonra heç bir hesabat-seçki konfransı keçirilməyib.

Federasiya nizamnaməsinə əsasən 4 ildən bir hesabat-seçki konfransı keçirilməli, prezident və vitse-prezidentlər səsvermə yolu ilə yenidən seçilməli olduğu halda qurum 8 ildir ki, buna əhəmiyyət vermir. Sezar pizza

Unikal.org-a açıqlama verən federasiyanın vitse-prezidenti Faiq Həsənov 8 ildən çoxdur seçkinin keçirilmədiyini təsdiqləyib:

"Bizdə baş katib vəzifəsi də yoxdur. 2012-ci ildən hesabat-seçki konfransının keçirilməməsi doğrudur. Çünki seçkiyə ehtiyac duymururq. Hazırda bizim federasiyada prezident və 3 vitse-prezident var". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!