“Elton Məmmədovdan soruşsan ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək” 

saytların hazırlanması

Evə çatdırılma

“Elton Məmmədovdan soruşsan ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək” 

Siyasət

07 Fevral 2021 08:33 1446


“Bəziləri deyir ki, Ramiz Mehdiyev və Əli Həsənov, artıq vəzifədə deyillər. Onlar var və bu gün də çox güclüdürlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov qeyd edib ki, Ramiz Mehdiyev Vətən müharibəsində səsini çıxarmayıb: 

“Amma müharibədən sonra dalbadal bir neçə bəyanat verdi. O bəyanatların hər biri ətrafına ismarıc idi: Mən varam, siz də var olun! Ramiz Mehdiyevin son təyinatlarına baxın. Nazir olduğu dövrdə 300 min manat paket aldığını etiraf edən Əli Abbasovu tutmadılar.  Dördpendirli pizza

Ramiz Mehdiyev ona Azərbaycan Milli Elmlər Akademiyasında vəzifə verdi. Bu ölkəni talayanların başında duran sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru təyin olunub. Əminəm ki, Elton Məmmədovdan soruşsanız ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək, çünki anlayışı yoxdur. 

Elton Məmmədov Azərbaycanın Zukerberqi, Bill Qeytsi oldu. Bu vəzifəyə onların səviyyəsində olan şəxs təyin olunmalı idi. Bütün bunlar ölkəyə, dövlətə, dövlət başçısına meydan oxumaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!