Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və...

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və...

Siyasət

23 Mart 2024 06:27 54351


“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Krokus siti holl”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə biznesmen instaqramda yazıb.

“Krokus siti holl”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. pizza mizza

Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – Ağalarov qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zatifa
    Allah bu terroru törədib günahsız insanların canına qıyanların cəzasını versin???? Həlak olanların ailələrinə,yaxınlarına səbir diləyirəm
    2 years ago