“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcək” - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcək” - Prezident

Siyasət

15 Yanvar 2021 19:29 1225


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Yenisabah.az xəbər verir ki, onlar Şuşada ermənilər tərəfindən dağıdılmış Bülbülün ev muzeyinə də baş çəkiblər.

Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev deyib: pizza hut

"Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!