Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfər saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.
Eyni zamanda, odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb. pizza mizza
Telegram kanalımız