Ərdoğan ABŞ-yə gedir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ABŞ-yə gedir

Siyasət

26 Mart 2024 13:17 679


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayda ABŞ-yə səfər edə bilər. O, Vaşinqtonda həmkarı Co Baydenlə danışıqlar aparacaq.

Bu barədə “Hürriyet” qəzeti Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında təmasların nəticələrinə əsasən xəbər verib.

Bildirilir ki, görüşdə Türkiyə liderinin ABŞ-yə səfəri məsələsi, o cümlədən belə bir səfərin təxmini tarixi də müzakirə olunub. pizza

“Bir problem olmasa, ABŞ-də seçki prosesi ilə bağlı təqvimdə sıxlıq yaranmasa, Ərdoğanın mayın ikinci həftəsində Vaşinqtona gedəcəyi razılaşdırılıb”, - deyə mənbədən qeyd edilib.

Nəşrdə Türkiyə və ABŞ liderlərinin mayın 9-da görüşə biləcəkləri vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!