Ərdoğan: Kimsə deyir ki, fransızların formasında niyə xoruz var?

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Kimsə deyir ki, fransızların formasında niyə xoruz var?

Dünya

05 İyul 2024 16:23 688


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının futbolçusu Merih Demiralın AVRO-2024-ün 1/8 final matçında göstərdiyi “bozqurd” işarəsinə görə cəzalandırılmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Kimsə deyir ki, almanların formasında niyə qartal var? Kimsə durub deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Merih bununla öz həyəcanını ifadə edib. Xarici İşlər Nazirliyimiz qarşı tərəfin nümayəndələrini çağırıb və bununla bağlı lazımi addımlar atılır. Ümid edirəm ki, hər şey şənbə günü müəyyən olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Xüsusi bir şey baş verməsə, matça getməyə qərar verdim”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!