Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Yenisabah.az Habertürk-ə istinadla xəbər verir ki, görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalındakı kürd bölgələrində də seçkilər kimi məsələlər daxil ola bilər.
Xatırladaq ki, iyunun 11-də Putin iyulda Astanada keçiriləcək sammit çərçivəsində Ərdoğanla görüşəcəyini gözlədiyini bildirib. Pepperoni pizza
Telegram kanalımız