"Türkiyə bir daha Rusiya və Ukraynanı bütün ziddiyyətləri Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həll etməyə çağırır.
Yenisabah.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatını rədd və qəbuledilməz hesab edir. Sezar pizza
Türkiyə lideri vurğulayıb ki, Ankara Rusiya və Ukraynanı yaxın siyasi, iqtisadi və sosial əlaqələri olan dost ölkələr hesab edir.
Türkiyə lideri bildirib: “Rusiya və Ukrayna arasında qarşıdurma bizi səmimi təəssüfləndirir”.
Ərdoğan deyib ki, Türkiyə Kiyevin ərazi bütövlüyünü qorumaq üçün apardığı mübarizəni dəstəkləyir və bu barədə o, bu gün telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenskiyə məlumat verib:
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi beynəlxalq hüquqa ziddir və regionda sülh və sabitliyə ciddi zərbə vurur. Türkiyə türk vətəndaşlarının, qardaş Krım tatar xalqının və Ukraynada yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək üçün lazımi səyləri göstərməyə hazırdır”, - deyə prezident bildirib.
Telegram kanalımız