Ərdoğan və Əsəd arasında telefon söhbəti olacaq - İddia

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Əsəd arasında telefon söhbəti olacaq - İddia

Dünya

09 Avqust 2022 14:22 986


Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd Rusiya lideri Vladimir Putinin təklifi ilə telefon danışığı apara bilər.

Yenisabah.az "Türkiye"yə istinadla xəbər verir ki, bunu hökumət dairələri bildirib.

“Bu yaxınlarda Soçiyə səfər edən prezident Ərdoğan Rusiya lideri Putinlə Suriya ilə bağlı fikir mübadiləsi aparıb. Qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Suriya ilə sərhəddə terror strukturlarının olmasına baxmayaraq, Putin ona təklif edib ki, “əgər siz onları mümkün qədər rejimlə birlikdə həll etməyə üstünlük versəniz, bu, daha düzgün olar”, - deyə mənbə qeyd edib. Toyuqlu pizza

Hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan qəzet yazır ki, Rusiya lideri tərəfləri müzakirələr üçün görüşə dəvət edib: “Ankara bu görüş üçün “çox tez” olduğunu bildirib. Bununla belə, Ərdoğanla Əsəd arasında telefon danışıqlarının baş tuta biləcəyi qeyd edilib. Türkiyə ilə Suriya arasında danışıqlar hərəkatında bölgəni yaxşı bilən ekspertlərdən ibarət komissiyanın formalaşmasına başlanılıb”.

İyunun sonunda Ərdoğan bildirib ki, Türkiyə Suriyanın şimalında hərbi əməliyyat keçirəcək, beynəlxalq ictimaiyyət bunu başa düşəcək, Ankaranın belə təcrübəsi var. Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!