Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb - VİDEO

Kriminal

26 İyul 2023 08:21 15687


Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.

24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev "Xəzər Xəbər"ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.

26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!