“Ermənilər üçün müqəddəs heç nə yoxdur” –   Hacı Şahin Həsənli

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər üçün müqəddəs heç nə yoxdur” – Hacı Şahin Həsənli

Sosial

15 Oktyabr 2020 15:31 745


"Bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün din xadimləri Tərtərdə dəfn mərasimində iştirak edən mülki insanların öldürülməsini qətiyyətlə pisləməlidirlər".

Yenisabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycandakı din xadimləri də bu məsələnin dünya üçün ictimailəşməsinə yardım etməlidirlər. Toyuqlu pizza

İlahiyyatçı qeyd edib ki, dəfn mərasimində iştirak edənlərin öldürülməsi böyük faciədir və bu, Ermənistanın faşist rejiminin mahiyyətini bir daha ortaya qoyur.

Ermənilər tərəfindən mülki əhalinin atəşə tutulmasının ilk dəfə olmadığını, belə halın dəfələrlə olduğunu vurğulayan Ş.Həsənli qeyd edib ki, bu halın özü ermənilər üçün müqəddəs heç nəyin olmadığını bir daha sübut edir:

“Onlar son günlər ərzində uşaq, qadın demədən, mülki əhalini raket zərbələrinə məruz qoyurlar. Bu, heç bir müharibə qaydalarına uyğun deyil. Ermənilər bir çox hallarda dindən istifadə edirlər, kilsələrini döyüş nöqtəsinə çevirirlər, din xadimlərini təcavüzkar siyasətə cəlb edirlər. Bu dəfə də dəfn mərasiminə gələnləri atəşə tutmaqla həm Allah qarşısında günaha yol veriblər, həm də bütün humanist prinsipləri tapdalayıblar.

Ona görə hesab edirəm ki, bütün dünya ictimaiyyəti, xüsusilə hansı dinə mənsub olmadından asılı olmayaraq, bütün din xadimləri bu hərəkətləri qətiyyətlə pisləməlidirlər. Çünki dinlər insanları sülhə, əmin-amanlığa çağırır. Amma bunlar dindən istifadə edərək öz təcavüzkar siyasətlərinə bərabət qazandırmağa çalışırlar”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!