Ermənilər yenə sarsaqladı: Ölünü “diriltmək” istəyirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə sarsaqladı: Ölünü “diriltmək” istəyirlər

Siyasət

08 Mart 2024 13:07 771


Qarabağdakı keçmiş qondarma qurumun sonuncu "rəhbəri" Samvel Şahramanyan İrəvanda yalnız Ermənistan rəsmiləri ilə deyil, həm də Ermənistandakı müxtəlif ölkələrin diplomatları ilə fəal əlaqə saxlayır. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.

Məlumata görə, Şahramanyan bu yaxınlarda bir neçə səfirlə görüşüb. pizza sifarişi

Onun Rusiya, ABŞ və Fransa səfirləri ilə görüşlər keçirdiyi bildirilir.

Görüş zamanı Qarabağı könüllü şəkildə tərk edən ermənilərin vəziyyəti müzakirə olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Şahramanyan qondarma “artsax”ın buraxılması haqqında özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

O, sözügedən “fərman”ın ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

Xatırladaq ki, özünü buraxdığını elan edən “artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın 28 sentyabr 2023-cü il tarixli "fərman"ında deyilir:

“1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”.

Rəsmi İrəvan artıq Samvel Şahramanyana qeyri-ciddi fiqur kimi yanaşır, onun "hərəkətlər"inə ciddi reaksiya vermir. Ermənistanda hesab edirlər ki, "artsax"ı geri qaytarmaq ölünü diriltməkdən də çətindir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!