Ermənilərin Laçında evlərdə quraşdırdığı tələ-minalar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Laçında evlərdə quraşdırdığı tələ-minalar aşkarlandı

Hadisə

03 Oktyabr 2022 18:22 940


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Yenisabah.az-a verilən məlumata görə, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-G Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub. pizza mizza

“Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir.

Tələ minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir”, - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!