Azərbaycanda növbəti prezident seçkiləri keçirilir. Müstəqillik tariximizdə ilk dəfə seçki prosesi ölkənin bütün ərazisini əhatə edir.
Yenisabah.az xəbər verir ki, tarixi seçki adlandırılan bu kampaniyaya ilk gündən yerli və beynəlxalq müşahidəçilər böyük maraq göstərir. Bütün namizədlərə bərabər şəraitin yaradılması, Seçki Məcəlləsinin tələblərinə həssaslıqla əməl olunması, azad və ədalətli rəqabət mühitinin formalaşdırılması prosesin əhəmiyyətini daha da artırıb.
Qeyd edək ki, 7 fevral prezident seçkilərini gözdən salmağa, respublika əhəmiyyətli bu hadisəni kiçiltməyə cəhd edən bəzi daxili və xarici qüvvələr var. Onlar bu gün də iş başındadır. Pepperoni pizza
Əlbəttə, burada söhbət ilk növbədə ermənilərdən, onların siyasi havadarlıq etdiyi “Meydan” TV kimi media resurslarından gedir. Ermənilər və onların Azərbaycandakı əlaltıları bu gün səhər saatlarından başlayaraq müxtəlif saxta videolar hazırlamaqla seçki kampaniyasını gözdən salmağa və bununla da ictimai rəyi çaşdırmağa çalışırlar. Amma Azərbaycanın müvafiq dövlət qurumlarının operativ reaksiyası nəticəsində bu cəhdlər iflasa uğrayır. Bu isə o deməkdir ki, ermənilər, ermənipərəst siyasi dairələr və onların Azərbaycandakı əlaltıları həmişə olduğu kimi yenə məyus olacaqlar.
Telegram kanalımız