Ermənistan KTMT-də iştirakını dondurur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan KTMT-də iştirakını dondurur

Siyasət

23 Fevral 2024 01:36 852


Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, u barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Toyuqlu pizza

Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə “nəticələrin” olacağı barədə xəbərdarlıq edib.

O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” izah edib, eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!