Ermənistan polisi II Qaregini Sardarapat kompleksinə buraxmadı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan polisi II Qaregini Sardarapat kompleksinə buraxmadı - VİDEO

Dünya

28 May 2024 16:11 551


Ermənistan polisi bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına maneçilk törədib. 

Yenisabah.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, polis zəncir şəklində düzülüb və II Qaregini Sardarapat memorial kompleksinə buraxmayıb. 

Bununla bağlı sosial şəbəkələrdə video da yayımlanıb.  Sezar pizza

Qeyd edək ki, ənənəyə uyğun olaraq, mayın 28-də bütün ermənilərin katolikosu II Qaregin Sardarapat memorial kompleksini ziyarət edir, abidə önünə əklil qoyur. Daha sonra Ermənistan Respublikası uğrunda həlak olanların ruhuna dua oxuyur. 

Ermənistanda ali hakimiyyət nümayəndələrinin Sardarabat abidəsini ziyarət etməsi çox önəmli sayılır. 1918-ci il mayın 21-dən 29-na qədər davam etmiş Sardarabat döyüşündə erməni qoşunları Osmanlıya qalib gəlmişdilər. Daha sonra paytaxtı İrəvan olan Ermənistan Respublikası elan olunmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!