Ermənistan Qazaxla sərhəddə minatəmizləmə işlərinə başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə işlərinə başladı

Siyasət

22 Aprel 2024 14:20 442


Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl sərhədin Ermənistan ərazisindən keçən hissəsində - Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb.

Yenisabah.az “Sputnik Armenia”ya istiadla xəbər verir ki, əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub.

Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları cəlb olunub. Voskepar kəndinin sakinləri ərazilərin minalardan təmizlənməsinin qarşısını almağa çalışırlar. pizza

Bu prosesə bir dəfə də cəhd olunub. Lakin Voskepar sakinləri həmin vaxt buna mane olmağa çalışıblar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!