Ermənistana silah ötürən Gürcüstana Bakıdan xəbərdarlıq: “Baha başa gələcək!”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana silah ötürən Gürcüstana Bakıdan xəbərdarlıq: “Baha başa gələcək!”

Siyasət

14 Mart 2024 13:36 1939


Gürcüstan Fransa tərəfindən Ermənistana göndərilən silah-sursatın öz ərazisndən daşınmasına şərait yarada bilər. Tiflisin bu addımı illərdir müsbət müstəvidə davam edən Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi zərbə vuracaq. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Gürcüstandakı yeni hökumət qərbin təzyiqi ilə belə bir addım ata bilər:

“Hazırkı Gürcüstan hakimiyyəti belə bir addım ata bilər. Çünki Qaribaşvilini məhz Azərbaycanı dəstəklədiyi üçün hakimiyyətdən uzaqlaşdırdılar. Amma yeni gələn baş nazir İrakli Kobaxidze Avropa təhsillidir və qərbin adamıdır. Dünən Ermənistanın Avropa Parlamentinə namizədliyə qəbul olunması məsələsi 504 səslə qəbul olundu. Bu isə Gürcüstana bir təzyiqdir. Fransa bu vasitə ilə Ermənistana olan silah tədarükünü Gürcüstan üzərindən həyata keçirmək istəyir. Əslində, Avropa nə Ukraynanı, nə Gürcüstanı, nə də Ermənistanı birliyə qəbul edəcək. Sadəcə, Avropa bu ölkələrinin Rusiya ilə münasibətlərinin daha da pisləşməsində maraqlıdır. Ukrayna və Gürcüstan hansı günə düşübsə, Ermənistan da tezliklə həmin günə düşəcək. Rus ordusu illərdir ki, Tiflisin 35 kilometrliyində dayanıb və bu məsafə istənilən vaxt qısala bilər”.  pizza mizza

Politoloq Gürcüstanın Azərbaycanla münasibətlərinin pisləşməsindən ancaq birincinin ciddi zərər görəcəyini qeyd edib: 

“Gürcüstan ağlını başına yığsa yaxşı olar. Onlar pis vəziyyətdə olanda Azərbaycan bir qonşu kimi hərtərəfli dəstək oldu. Azərbaycanın bütün transmilli layihələri Gürcüstan üzərindən keçir. Gürcüstan elə bilir ki, biz bu yolları alternativləri ilə əvəz edə bilmərik. Biz həmin layihələri İran üzərindən keçirərik və onlar üçün baha başa gələr. Avropadan gələn silahları Ermənistana ötürmək gürcülərə ancaq zərər verə bilər. Hər kəsə məlumdur ki, Ermənistanın Gürcüstana qarşı da ərazi iddiası var.  Azərbaycanda olan qərbin “5-ci kolon”unun bütün maliyyə resursları Gürcüstan üzərindən gəlir. Azərbaycan kimi bir qonşuya xəyanət etmək, Gürcüstana baha başa gələr”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!