“Ermənistana təzyiq göstərməyin vaxtı çatıb”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana təzyiq göstərməyin vaxtı çatıb”

Siyasət

11 Fevral 2021 21:15 946


44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan düşməni kapitulyasiyaya məcbur etdi. Artıq işğaldan azad edilən torpaqların minalardan təmizlənməsi işləri həyata keçirilir. Lakin burada da düşmənin mənfur xisləti özünü biruzə verir. Belə ki, Ermənistan tərəfi minaların basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyi üçün, “10 Noyabr” bəyanatından sonra təxminən 10-a yaxın mülki vətəndaşımız və hərbi qulluqçumuz həyatını itirib.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı politoloq İlyas Hüseynov deyir ki, ərazilərin minalardan təmizlənməsi üçün, xəritələrin Azərbaycana verilməsi məsələsi hazırda gündəmdədir: “Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, onların tətbiqi və saxlanılmasını qadağan edir. Bununla yanaşı “Brüssel Bəyannaməsi”, “Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında Cinah Sazişi”, eləcə də “BMT Baş Assambleyasının 51-45 saylı qətnaməsi” piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırır və qadağan edir. Eyni zamanda adı çəkilən sənədlərə qoşulan bütün dövlətlər, piyada əleyhinə minaların tətbiqinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edirlər”.

İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan 44 günlük müharibənin sonunda Ermənistanın ağır məğlubiyyətə uğradılması və kapitulyasiya aktına imza atması fonunda, xəritələrin verilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edə bilər: “Artıq itkilərin qarşısını almaq üçün Ermənistana təzyiq göstərməyin vaxtı çatıb. Ərazidə mexaniki maşınlar və minatəmizləmə avadanlıqları işləsə də, bu kifayət etmir. Çünki ərazinin relyefi olduqca mürəkkəbdir. Üstəlik həmin əraziləri tərk edən ermənilər pərakəndə şəkildə minalanma işlərini aparıblar.  Ermənistanda hərbi sahəyə rəhbərlik edən şəxslərdə xəritələr təbii ki, mövcuddur. Bu xəritələrin Azərbaycana təhvil verilməsini tələb etmək lazımdır”.  /Konkret.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!