Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir

Dünya

17 İyun 2024 20:46 368


Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir. 

"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.  Pepperoni pizza

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!