Ermənistanda sorğu: 40%-dən çoxu Paşinyanın fəaliyyətini mənfi qiymətləndirib

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda sorğu: 40%-dən çoxu Paşinyanın fəaliyyətini mənfi qiymətləndirib

Dünya

15 May 2024 15:39 526


Ermənistan vətəndaşlarının 40%-dən çoxu baş nazir Nikol Paşinyanın fəaliyyətini mənfi qiymətləndirir, üçdə birindən çoxu onun istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı müsbət qiymətləndirir.

Yenisabah.az xəbər verir ki, bu, GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin sorğusunda yer alıb.

Sorğuya əsasən, Paşinyanın baş nazir kimi fəaliyyətini respondentlərin 41,1%-i “tamamilə mənfi”, 9,1%-i isə “tamamilə müsbət” qiymətləndirib. pizza mizza

Respondentlərin 35,1%-i Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatını “tamamilə müsbət”, 23,5%-i isə tamamilə mənfi” qiymətləndirib.

Respondentlərin 19,1% hesab edir ki, Paşinyan istefa verməməlidir. 

Sorğu iştirakçılarının 50,5%-i keçid hökumətinə kimin rəhbərlik edə biləcəyini deyə bilməyib, 6,7%-i hesab edir ki, bu, arxiyepiskop Baqrat Qalstanyan olmalıdır.

Eyni zamanda, gələn bazar günü keçiriləcək hipotetik seçkidə respondentlərin 12,8%-i Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazır olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!