Ermənistanın müdafiə xərcləri 2022-ci ildəki 795 milyon dollardan 2023-cü ildə 1 milyard 330 milyon dollara yüksəlib.
Yenisabah.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatları sübut edir.
ÜDM-ə münasibətdə isə xərclər 4,1%-dən 5,5%-ə yüksəlib. Marqarita pizza
Azərbaycanda bu xərclər 2 milyard 991 milyard dollardan 3 milyard 561 milyon dollara və ya ÜDM-in 3,8%-dən 4,6%-nə yüksəlib.
İranda (6,8 milyard dollardan 10,3 milyard dollara) və Türkiyədə (10,6 milyard dollardan 15,8 milyard dollara) hərbi xərclər təxminən bir yarım dəfə artıb.
Telegram kanalımız