Ermənistanın hücum planı barədə məlumat var - “Artıq...”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın hücum planı barədə məlumat var - “Artıq...”

Siyasət

25 Fevral 2024 15:24 9393


Ermənistanın günü-gündən silahlanması regionda ciddi narahatlıq yaradır. Bir çox ekspert İrəvanın Fransanın təhriki və dəstəyi ilə genişmiqyaslı hücuma hazırlaşdığını iddia edir.

Fransanın İrəvanı silahlandırması fonunda Ceyhun Bayramovun sülh bəyanatı isə diqqət çəkir.

Regionda yeni lokal müharibə ehtimalı varmı? Rəsmi Bakının hazırlıq səviyyəsi necədir? Fransanın regionda gərginlik yaratmaq məqsədi nədir? Sezar pizza

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, XİN başçıları daha çox sülh mesajı vermək, gərginliyi yumşaltmaq üçün açıqlamalar verir:

“Müharibə qərarını verən dövlət başçılarıdır. Müdafiə nazirləri, baş komandanlar müharibənin necə və hansı taktika olacağını bilən, müəyyən edən şəxslərdir.

Ermənistanın silahlanması artıq bir sirr deyil. Rəsmi İrəvan onsuz da bu prosesi gizlin etmir. Rəsmi Bakı da Ermənistanın nə etmək istədiyinin fərqindədir.

İran, Rusiya, Fransa, Hindistan bu prosesdə Ermənistana əsas dəstək verən ölkələrdir. Prinsip etibarilə hər bir ölkə silahlana, öz arsenalını gücləndirə bilər.

Lakin sülh müqaviləsi imzalanmadan Ermənistanın bu prosesi aparması təbii ki, bizi narahat etməyə bilməz.

Vəziyyət təhlükəli hal alarsa, rəsmi Bakı Ermənistana cavab verməli olacaq. Prinsip etibarilə iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Yəni tərəflərdən biri digərindən təhdid hiss edərsə və bunu arqumentləşdirə bilərsə, hərbi əməliyyata başlaya bilər.

Azərbaycan regionda müharibə istəmir, amma lazım gələrsə, bundan da geri durmaz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haflz
    RUSYA , İRAN FRANSA.BU ÜÇ. DEVLƏT 30 İLDİR Kİ, ERMİNİDƏN ÇOX ERMƏNİDİRLƏR. AMMA MƏNƏ ELƏ GƏLİR Kİ, ƏYƏR ERMƏNİ BAŞ QALDIRSA, BU ERMƏNİSTANIN MƏHVİ OLACAQ. ERMƏNİSTAN ELƏ BİLİR Kİ, HANSISA DÖVLƏTLƏR BUNU SİLAHLANDIRIB. MÜHARİBƏYƏ SÖVQ EDİNDƏ, EEMİNİSTANA HEÇ NƏ OLMAYACAQ.BU ÇOX QORXULU, TƏHLÜKƏLİ GEDİŞDİR. ALLAH VƏTƏNİMİZİ IRDUMUZU QORUSUN.
    2 years ago
  • Haflz
    RUSYA , İRAN FRANSA.BU ÜÇ. DEVLƏT 30 İLDİR Kİ, ERMİNİDƏN ÇOX ERMƏNİDİRLƏR. AMMA MƏNƏ ELƏ GƏLİR Kİ, ƏYƏR ERMƏNİ BAŞ QALDIRSA, BU ERMƏNİSTANIN MƏHVİ OLACAQ. ERMƏNİSTAN ELƏ BİLİR Kİ, HANSISA DÖVLƏTLƏR BUNU SİLAHLANDIRIB. MÜHARİBƏYƏ SÖVQ EDİNDƏ, EEMİNİSTANA HEÇ NƏ OLMAYACAQ.BU ÇOX QORXULU, TƏHLÜKƏLİ GEDİŞDİR. ALLAH VƏTƏNİMİZİ IRDUMUZU QORUSUN.
    2 years ago
  • Elnur
    Rusiya Azərbaycanı müharibəyə çəkmək istəyir ,sərhəddə təxribatların müəllifi Rusiyadır.Biz bunu yaxşı bilirik.Məqsəd isə 3-dür: 1..Heç bax ermənilər və azərbaycanlılar arasında sülh olmasın,düşmənçilik davam etsin. 2.Zəngəzur dəhlizinin ən əsas düşməni Rusiyadır,Rusiyaya nəyinki Zəngəzur dəhlizi lazım deyil,eyni zamanda bunu hər vasitəyə istəmir,İranı dövriyyəyə belə soxur. 3.Rusiya Pasinyanin hakimiyyətdən devrilməsi üçün 2018- ci ildən planlar gercəkləşdirir və Azərbaycanın torpaqlarıni azad etməsinə şərait yaratması bunun tərkib hissəsidir.Azərbaycanin Ermənistana girməsini qızişdir ki bu da Rusiyaya regionda daim qalıb bizə ermənilər qədər düşmən olmaq imkanı verəcək.
    2 years ago