Aprelin 1-dən iyunun 28-dək Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların təlim-məşq toplanışları keçiriləcək. Təlimlərə 5000 ehtiyatda olan hərbi qulluqçu cəlb ediləcək. Təlimin məqsədinin ehtiyatda olan hərbçilərin hərbi potensialının artırılması, ehtiyatda olan zabitlərin peşəkar hazırlığının yoxlanılması olduğu qeyd edilib.
Ermənistanda keçiriləcək təlimlərlə bağlı məlumat sosial şəbəkələrin Azərbaycan seqmentində növbəti hərbi toqquşmanın xəbərçisi kimi qiymətləndirilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev də bu rəyi bölüşür: Sezar pizza
“Ermənistan əvvəllər də ehtiyatda olan hərbçilərini kütləvi şəkildə təlimlərə cəlb edib. Amma hazırkı vəziyyət öncəkilərdən fərqlidir. Çünki 5 aylıq fasilədən sonra atəşkəsi pozmaqla Azərbaycana qarşı təxribatlara yol verdi, bunun ardınca azaraq Ermənistan ərazisinə keçən müddətli həqiqi hərbi xidmət qulluqçumuzu həbs etdi. Üstəlik, ona müxtəlif bəhanələrlə, ağ yalanlarla saxta formada cinayət işi açdı”.
Ekspert bildirib ki, Ermənistan Fransanın təhriki ilə növbəti hərbi təxribatlara hazırlaşır:
“Belə olan halda təlimlər növbəti təxribatlara hazırlıq prosesi kimi dəyərləndirə bilərik”.
Nazim Hacıyev
Telegram kanalımız