ABŞ Dövlət Departamenti Suriya prezidenti Bəşər Əsədin Birləşmiş Ərəb Əmirliklərinə səfərindən dərin narahatlığını bildirib.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays danışıb.
O qeyd edib ki, ABŞ digər ölkələri son 10 il ərzində administrasiyanın suriyalılara qarşı siyasətini nəzərə alaraq Əsəd administrasiyası ilə münasibətlərinə diqqətlə yanaşmağa çağırır. Dominos pizza
Xatırladaq ki, bu, Əsədin 2011-ci ildə Suriyadakı müharibədən sonra BƏƏ-yə ilk səfəridir.
Səfər zamanı Əsəd Əbu-Dabi Şeyxi Məhəmməd bin Zaid Ali-Nəhyanla görüşüb və o, "Suriya ərəb təhlükəsizliyinin sütunlarından biridir və BƏƏ bu ölkə ilə əməkdaşlığı gücləndirmək istəyir", - deyib.
Telegram kanalımız