“Əsgərə Məktub Online” layihəsi fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Əsgərə Məktub Online” layihəsi fəaliyyətə başladı

Sosial

19 Oktyabr 2020 22:12 1654


Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir.

Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır. Marqarita pizza

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

Bundan əlavə “Əsgərə Məktub Online” layihəsi də fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün www.veten-ugrunda.az saytına daxil olaraq online məktub yaza bilərsiniz.

Birbaşa keçid linki - http://veten-ugrunda.az/haqqimizda/679-sgr-online-mktub-yaz.html


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!