Əsgərlərə “Geri qayıdın“ əmri verildi

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərə “Geri qayıdın“ əmri verildi

Dünya

12 Yanvar 2022 10:07 1099


"Biz zəifik, amma gücsüz deyilik. Özbəkistan və Tacikistan Talibanın səbrini sınamamalı, əfqan pilotları tərəfindən qaçırılan təyyarə və helikopterləri geri qaytarmalıdır. Əks halda bu ölkələr mənfi nəticələrlə üzləşəcək".

Yenisabah.az "TOLOnews"a istinadla xəbər verir ki, bu sözləri "Taliban" hökumətinin müdafiə naziri Molla Yaqub deyib.

O, xaricə qaçan hərbi qulluqçular və pilotları vətənə qayıtmağa çağırıb: Pepperoni pizza

""Taliban" onlara Qəni hökumətindən daha yaxşı davranacaqlarını və onları "Əfqanıstanın kapitalı" hesab edəcəyini vəd edir. "Taliban" onları hakimiyyətlərinə qarşı müqaviməti dayandırmağa çağırır".

Xatırladaq ki, ötən ilin avqust ayında paytaxt Kabilin ələ keçirilməsindən sonra Əfqanıstanda hakimiyyətə gələn "Taliban" rejiminin yaratdığı "Əfqanıstan İslam Əmirliyi" dünyanın bir sıra aparıcı dövlətləri tərəfindən tanınmır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!