Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”

saytların hazırlanması

Evə çatdırılma

Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”

Sosial

22 Noyabr 2020 09:58 1860


“Mən Bayramın yolunu bir il də gözləyərəm təki desinlər ki, balam sağdır. Mən onun azyaşlı oğlunu və həyat yoldaşını sakitləşdirə bilmirəm. Hamımız pərişanıq”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında erməni əsirliyində olan Kərimov Bayramın anası Kərimova Zülfiyyə deyib.

O bildirib ki, Bayram müharibəyə könüllü gedib: Bayram mənim ilk övladımdır. Ondan başqa bir oğlum və qızım var. O biri oğlum da cəbhədədir. pizza sifarişi

Bayram II Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq orduya getdi. Sonuncu dəfə noyabrın 6-sı danışdı bizimlə. Bizə bildirdi ki, Şuşaya gedirlər və bundan sonra əlaqə yaratmaq çətin ola bilər.

Zülfiyyə Kərimova deyib ki, Bayramın övladı atasının yolunu gözləyir: Oğlu atasının şəklinə baxıb “atam gələcək” deyərək ağlayır. Nə onu, nə də Bayramın həyat yoldaşını sakitləşdirə bilmirik.

Zülfiyyə ana bir daha Qırmızı Xaç Komitəsinə müraciət edib: “Balamı sağ-salamat qaytarıb versinlər. Balamın heç olmasa bir səsini və ya görüntüsünü versinlər. Şəklin göstərsinlər və desinlər ki, balam sağ-salamatdır. Eybi yox mən 1 il də gözləyərəm. Təki bilim ki, balam salamatdır və onu verəcəklər bizə”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!