Estoniya prezidenti: Rusiya diz çökdürülməlidir

saytların hazırlanması

Evə çatdırılma

Estoniya prezidenti: Rusiya diz çökdürülməlidir

Dünya

27 May 2024 13:44 441


Rusiya döyüş maşınını və Ukraynadakı müharibəni dayandırmaq üçün o, diz çökdürülməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis deyib.

“Rusiyanı və Putini diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik. O zaman Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – deyə Karis Yle-yə müsahibəsində bildirib.  Marqarita pizza

Bununla belə, o, Rusiyanın 2 il əvvəl Ukraynanı işğal etməsinə və Putinin hələ də hakimiyyətdə olmasına görə bütün rusları ittiham etməkdən imtina edib. Karis Estoniyanın ən yaxın tarixini, ölkənin faktiki olaraq Sovet İttifaqı tərəfindən işğal edildiyini xatırladıb:

“Belə bir sistemin pəncəsində özümüzü necə apardıq? Bəli, həbsə atılan ayrı-ayrı etirazçılar var idi. Lakin insanların çoxu eşitmək istədiklərini söylədilər və fürsət gözlədilər”.

Estoniya prezidenti qeyd edib.

Eyni zamanda, Karis Putinin gedişindən sonra Rusiyanın tez dəyişəcəyinə şübhə etdiyini bildirib: “Mən buna həqiqətən inanmıram. 1990-cı illərin əvvəllərində Rusiyanın şansı oldu, amma hər şey başqa cür getdi”. Onun sözlərinə görə, dəyişiklik üçün bir neçə amil lazımdır ki, bunlardan da ən əsası insanların bu fürsətdən yararlanmaq istəyidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!