Evdə iynə vurduran qadın şoka düşüb öldü

saytların hazırlanması

Evə çatdırılma

Evdə iynə vurduran qadın şoka düşüb öldü

Hadisə

16 Noyabr 2022 11:08 759


Bu il iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Sabirabad rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən  maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib. Pepperoni pizza

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!