Evindən qovdu - TV verilişdə qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Evindən qovdu - TV verilişdə qalmaqal

Şou

24 Noyabr 2022 09:17 1038


Xəzər TV-də yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişində daha bir qalmaqal yaşanıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, aktrisa Fidan Axundovanın aparıcılıq etdiyi proqramda hadisə Nicatla Aygün adlı iki iştirakçı arasında baş verib.

Aygün ev sahibi olan Nicatdan onun boşqabını dəyişdirməsini istəyib. Nicat isə qarşılığında öz boşqabını onun qarşısına qoyub. pizza

Aygün ondan yeni qab gətirməsini tələb etdikdə isə Nicat cavabında əlavə qab gətirməyəcəyini bildirib. Buna etiraz olaraq Aygün yeməklərin dadına baxmaqdan imtina edib. Əsəbiləşən Nicat “Dur, çıx mənim evimdən” deyərək onu qovub. 

Narazı halda evi tərk edən Aygün daha sonra çəkiliş heyəti tərəfindən geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!