Faciəvi şəkildə ölən Milli Qəhrəmanın bacısı imiş - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Faciəvi şəkildə ölən Milli Qəhrəmanın bacısı imiş - Fotolar

Sosial

20 Dekabr 2024 19:50 550


Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Milli Qəhrəmanın bacısı olduğu məyyənləşib.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısıdır.

Hadisə zamanı onunla yanaşı, qonaq gələn əmisi qızı, Sevil Səlimova da həyatını itirib. Toyuqlu pizza

Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinin tərkibində döyüşüb. O, Xocalı hadisəsi zamanı onlarla dinc sakinin həyatını xilas edib. Ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı dünyasını həlak olub. 1997-ci ildə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib, şəhidimiz Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH RƏHMƏT ETSİN.
    1 year ago