“Faktlar ortadadır, Rusiya Paşinyanı...” – Böyük oyun

saytların hazırlanması

Evə çatdırılma

“Faktlar ortadadır, Rusiya Paşinyanı...” – Böyük oyun

Siyasət

23 Fevral 2024 12:27 1387


Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdən devrilməsi planının gündəmdə olduğuna dair fikirlər səsləndirir. Erməni mətbuatının yazdığına görə, Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir.

Bəs görəsən, bu fikirlər doğrudurmu, yoxsa, bu, daxili auditoriyaya hesablanmış, insanlarda xof yaratmaq üçün səsləndirilən fikirlərdir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu iddiaların doğruluğuna inanmadığını bildirib: Sezar pizza

“Mən hesab edirəm ki, bu fikirlər ilk növbədə daxili siyasətdə istifadə olunan məsələdir. Çünki bir çox hallarda Qərb Paşinyana Rusiya ilə yaxın olduğu üçün irad tutur. Belə iradlar hətta ictimaiyyət səviyyəsində də bildirilir. 

Digər tərəfdən isə guya Ermənistan Rusiyadan uzaqlaşır, amma Ukraynada gedən müharibə dövründə Ermənistanın Rusiyaya ixracı üç dəfə artdı. Bu isə onu göstərir ki, Ermənistan Rusiyanın çox vacib partnyorudur. Bu rəqəmlər onu göstərir ki, Rusiya Paşinyanı devirmək istəmir. Hər halda, faktlar ortadadır.

Ümumiyyətlə, ermənilərin Rusiyaya aid iradları ona görədir ki, niyə Rusiya Ermənistanın əvəzinə, Azərbaycanla vuruşmayıb. Ona görə ermənilər  Rusiyadan narazıdırlar. Amma bu əslində, çox yaxşı bəhanədir, çünki xaricdən gələnlər onların bu cəfəngiyyatına qarşı Azərbaycan yaxud Türkiyə ilə düşmən olurlar. Şəxsən mən düşünürəm ki, bu, bir oyundur və Rusiya ilə Ermənistanın çox yaxşı münasibətləri var”.

T. Zülfüqarov qeyd edib ki, əgər Rusiyanın Paşinyanı devirmək niyyəti olsaydı, bunu çoxdan rahatlıqla edə bilərdi:

“2021-ci ildə Ermənistan hərbçilərinin “generalların üsyanı” adlandırılan bir hadisəsi baş verdi. Onlar siyasi bəyanatlar verdilər. Həmin dövrdə Rusiyanın xarici işlər nazirinin bəyanatı o oldu ki,  Ermənistana aid istənilən siyasi proseslər Konstitusiyaya uyğun olmalıdır. Bu bəyanat üsyan qaldırmaq istəyən həmin hərbçilərə bir növ xəbərdarlıq idi.   

Ona görə də bu bir növ oyundur. Özü də hər iki tərəfdən – həm Rusiya, həm də Ermənistan tərəfdən oynanılan oyundur. Rusiya istəsəydi, Paşinyanı çoxdan devirə, bunu problemsiz edə bilərdi”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!