Fars körfəzində iki limanı birləşdirən tunel tikiləcək

saytların hazırlanması

Evə çatdırılma

Fars körfəzində iki limanı birləşdirən tunel tikiləcək

Dünya

21 Fevral 2022 10:20 606


İran və Qətər iki ölkəni birləşdirəcək sualtı tunelin tikintisi ilə bağlı danışıqlar aparır.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bu barədə bazar günü İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad məlumat yayıb.

“Hazırda Qətərlə hava nəqliyyatı, dəniz və liman sektorlarında əməkdaşlıq, eləcə də sualtı tunelin yaradılması ilə bağlı danışıqlar aparırıq”, - deyə o qeyd edib. Dominos pizza

Bu gün İran prezidenti İbrahim Rəisi müvafiq müqavilələri imzalamaq üçün Qətərə gedəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!