Fərdaya Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Fərdaya Elcandan TƏRS SİLLƏ: “Belə danışmamalıdır” - VİDEO

Şou

19 Yanvar 2023 12:06 812


Aktyor Fərda Aminin “Heç zaman səhnədə qadın paltarı geyinmərəm” deməsinə həmkarı Elcan Rəsulovdan sərt cavab gəlib.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, Fərdanın sözlərini həzm edə bilməyən Elcan “Şou xəbər” verilişinə qarşı tərəfi qıcıqlandıracaq açıqlamalar verib.

E.Rəsulov F.Aminin qalmaqallı fikirlərini boş sayıb: “Sənə təklif olunan hər bir obrazı oynamalısan. Bu, sənin işin, peşəndir. Bunu isə ən yaxşı şəkildə etməlisən. Peşəkar aktyor deməməlidir ki, bu rolu ifa etmərəm. Bu peşəkarlıqdan uzaq olan məsələdir. İlk dəfə oynadığım obraz elə qadın obrazı olub. Heç kimdə bu obrazı mənim canlandırdığımı bilmirdi”. Dördpendirli pizza

Elcan bu mövzuda haqlı olduğunu bu fikirləri ilə sübuta yetirməyə çalışıb:

“Məşhur aktyor Məlik Dadaşov “Fəryad” filmində erməni obrazını canlandırmışdı. Belə çıxır ki, Məlik Dadaşov ermənidir?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!