Fərid Şəfiyev: ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər

saytların hazırlanması

Evə çatdırılma

Fərid Şəfiyev: ABŞ, Fransa birtərəfli bəyanatları ilə vasitəçilik statusunu itirdilər

Siyasət

29 Fevral 2024 10:09 462


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ və Fransanın səsləndirdikləri birtərəfli bəyanatlarla vasitəçilik statuslarını itirdiklərini bəyan edib.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, o, 30 il ərzində Azərbaycan əraziləri işğal altında qaldığını xatırladıb:

"Avropa İttifaqı (Aİ) həmin müddətdə sərhədə heç bir missiya göndərmədiyini, heç bəyanat da vermirdi, indi isə Aİ sərhədə missiya göndərib. Dördpendirli pizza

Bunlar açıq şəkildə göstərir ki, onlar Ermənistanın təcavüzkar siyasətinə faktiki razılıq verdilər. İndi guya Ermənistana təhlükə var və onun arxasında dayanıblar. Biz bu siyasəti qəbul etmirik”.

F.Şəfiyev xüsusilə 2023-cü ilin ikinci yarısında Azərbaycana qarşı ABŞ, Fransa, hətta Aİ Şurasının prezidenti Şarl Mişelin ofisi tərəfindən qərəzli mövqe müşahidə olunduğunu vurğulayıb:

“Nəticədə onlar vasitəçilik statusunu birtərəfli bəyanatlarla itirdilər. Amma biz Qərbdən özümüzü təcrid etmirik. Sadəcə olaraq, görüş yerlərini məkan kimi görürük. Məsələn, bu gün Berlində görüş keçirilir və biz bu şəhəri məkan kimi görürük. Burada söhbət Almaniyanın vasitəçiliyindən getmir. Danışıqlar bundan sonra vasitəçisiz olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!