Fərid Şəfiyev: Ermənistandan təzminat tələb etmə haqqımız var

saytların hazırlanması

Evə çatdırılma

Fərid Şəfiyev: Ermənistandan təzminat tələb etmə haqqımız var

Siyasət

28 Fevral 2024 11:43 411


“Ermənistan qarşısında təzminat məsələsini gündəmə gətirmə haqqımız var”.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) rəhbəri Fərid Şəfiyev deyib.

O bildirib: "30 il ərzində torpaqlarımız işğal altında qalıb və Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan özünü dünyaya əzilən tərəf kimi tanıtmağa çalışıb. Müasir reallıqlar isə dünyaya tam başqa mənzərəni nümayiş etdirir. Hamı görür ki, Azərbaycan sülhə nail olmaq istəyir, lakin Ermənistan özünü bu prosesdən təcrid edir. Cənubi Qafqazda sülhə nail olmaq üçün özünü təcrid edən bir ölkə var ki, o da Ermənistandır". Dördpendirli pizza

F. Şəfiyev Azərbaycan tərəfindən atılan addımların bilavasitə sülhün təminatına yönəldiyini deyib:

“Biz regionda stabillik və inkişaf istəyirik. Saysız-hesabsız müharibə cinayətləri törətmiş Ermənistan ordusunun ərazilərimizdə basdırdığı minaları nəticəsində dinc əhali həyatını, sağlamlığını itirir. Ermənistan tərəfi işğal dövründə Azərbaycan ərazilərində vurduğu ziyana görə ölkəmizə təzminat ödəməlidir. Bizim bu təzminatı tələb etmək üçün haqqımız var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!