FHN İsmayıllı, Qəbələ və Oğuzdakı yanğınlarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FHN İsmayıllı, Qəbələ və Oğuzdakı yanğınlarla bağlı məlumat yaydı

Hadisə

04 Sentyabr 2022 20:32 1002


Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində İsmayıllı rayonunun Bəhliyan kəndi istiqamətində baş vermiş yanğın söndürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində təxminən 30 hektar sahədə kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub. pizza sifarişi

Bununla yanaşı, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.

Həmçinin, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğınla əlaqədar hazırda tüstü mənbələrinin tam söndürülməsi üzrə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!