Fotonu gördükdə Nuranın gözləri yaşardı

Fotonu gördükdə Nuranın gözləri yaşardı

Şou

29 Noyabr 2022 13:27 608


Müğənni Nura Surinin verilişdə gözləri dolub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, hadisə "Özəl" proqramında yaşanıb.

Sənətçinin uşaqlıqdan bu günə olan görüntülərinin əks olunduğu video göstərilib. Bu zaman körpəlik şəklini görən sənətçi kövrəlib.

Aparıcı Kazım Sübhan bunun səbəbini soruşduqda isə Nura deyib: "Özümə uşaqlıqda baxanda gözlərim dolur".

N. Suri həmçinin şəkil çəkdirməyi çox sevdiyini və kiməsə nəsə sübut etmək lazım olduqda həmin fotolardan istifadə etdiyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!