Fransa Ermənistana hücum silahları verir - İrəvan yenə “qaşınır”

saytların hazırlanması

Evə çatdırılma

Fransa Ermənistana hücum silahları verir - İrəvan yenə “qaşınır”

Siyasət

22 Fevral 2024 13:31 1007


“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib. O əlavə edib ki, Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır. Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb. Lakin Fransanın Ermənistana tədarük etdiyi silahların təyinatı ilə bağlı fikirlər mübahisə doğurub. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransa tədarük etdiyi silahların adını və təyinatlarını açıqlamalıdır:  Dominos pizza

“Məlum olduğu kimi, ölkələr arasında silah-sursatla bağla müqavilələrin təfərrüatları açıqlanmır. Fransanın bəyanatına görə, bu, sadəcə Ermənistanın regionda özünün müdafiə imkanlarını artırması üçün atılan addımdır. Əslinə qalsa, bir şeyə diqqət etməliyik ki, burada hərbi texnikanın verilməsinə razılıq verilib. Müdafiə təyinatlı ifadəsi sadəcə diqqəti yayındırmaq üçündür. Ermənistana hansı təhlükə var ki, ona hərbi texnika verilir? Fransa həqiqətən regionda sülhün və əmin-amanlığın təmin olunmasını istəyirsə, Ermənistana qonşuları ilə dinc yaşamağı tövsiyə etsin. Amma biz bilirik ki, cənubi Qafqazda gərginliyin yaranmasında təkcə Fransa deyil, Hindistan, Yunanıstan və Rusiya da Ermənistana dəstək verir. Bu gün verilən silahların təyinatı ilə bağlı deyilən fikirlər də sadəcə diqqəti yayındırmaq üçündür. Müdafiə təyinatı adı altında verilən silah-sursatı sabah çox rahat şəkildə Azərrbaycana qarşı təxribat məqsədi ilə istifadə edə bilərlər. Ona görə də Ermənistan kimi təcavüzəmeyilli ölkələri silahlandırmaq qətiyyən düzgün deyil”. 

Polkovnik tədarük olunan bəzi silahların adlarının məlum olduğunu qeyd edib. 

“Ermənistana tədarük olunacaq silahların adı açıqlanmadığı üçün onun haqqında dəqiq nəsə demək çətindir. Üzdə görünənlər sadəcə piyadaların daşınması üçün istifadə olunan “Bastion” hərbi-zirehli maşınlarıdır. Bu maşınlar şəxsi heyyətin daşınması və təyin olunan yerə çatdırılması üçün nəzərdə tutulub. Daha öncə Rusiyanın verdiyi “Smerç” raket sistemi, “Ural” və “Kamaz” maşınlarını, o cümlədən, tank əleyhinə raketlər, qumbara və qumbaraatanlar verdiyini gördük. Bu tədarüklər açıq-aşkar həyata keçirildi. Fransa isə tədarük edəcəyi silahlarla bağlı heç bir məlumat vermir. Həmin silahların sadəcə müdafiə təyinatlı olmasına heç kim zəmanət verə bilməz. Bu cür silahlandırma tədbirləri gələcəkdə regionda vəziyyətin yenidən gərginləşməsinə şərait yaradacaq”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Jf 17 Thunder
    Açığına qalsa mənə elə gəlir e*mənistan fransanın umrunda belə deyil.havayı vermirki.Puluynan satır.Sərbəst ticarət əlaqəsi.Kim Azərbaycana deyə bilərki,sən Türkiyə və ya İsraildən silah alma?və yaxudda aldığın silah təxribat xarakterlidi.ona görə fransanın verdiyi silahlar birincisi laxankadı,o silahları əlim yandıda olan ukrayna belə istəmədi.Müasir hücum silahları olan ordumuza neyniyə bilər?fransanınki,quyruq yanğısıdı.Həm Türkiyəni özünə rəqib bilir,Türkiyəyə kimin "ağa" olduğunu isbat etmək istəyir,həmdə rusiya afrikada nəzarətində olan ölkələri öz kurasiyasına keçirib deyə quyruq acısı var.ən ideal variantda Azərbaycandı təbii ki.bir daşla 2 hədəf daha doğrusu 3 hədəf.prezident seçkilərində e*mənilərində dəstəyini almaq istəyir makaron.əl qərəz bizim dərdimiz deyiləsi kimi deyil.İran,rusiya ,ermənistan kimi qonşularımız var,fransız,yunan kimi də "qara sevdalımız".Heç birinində politik yöntəmlərə sayğısı yoxdur...
    2 years ago