Fransada seçki məntəqəsində dava düşdü

saytların hazırlanması

Evə çatdırılma

Fransada seçki məntəqəsində dava düşdü

Dünya

30 İyun 2024 15:57 535


Fransada növbədənkənar parlament seçkisinin birinci turu zamanı Nitsa şəhərindəki seçki məntəqəsində müşahidəçi sədrlə dava edib.

Yenisabah.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Kristian Estrosi məlumat verib.

Şəhər meri Bomet məktəbinin seçki məntəqəsinin sədrinə müşahidəçinin hücumunu qətiyyətlə pislədiyini qeyd edib. Kristian Estrosinin sözlərinə görə, müşahidəçi əvvəlcə seçki məntəqəsinin açılmasına mane olmağa çalışıb, sonra isə sədri vurub. pizza

Hücumçunun polis tərəfindən saxlanıldığı bildirilir.

Fransa Daxili İşlər Nazirliyi təxribatların ola biləcəyi barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!