Füzulidə postdan icazəsiz keçməyə cəhd edən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə postdan icazəsiz keçməyə cəhd edən şəxs həbs olundu

Kriminal

31 İyul 2023 17:59 1196


Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyən edilib.

Faktla bağlı Füzuli RPŞ-də toplanmış materiallar əsasında məsələyə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Marqarita pizza

Məhkəmənin qərarı ilə V.Fərzəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 8 sutka müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!