Gecə sərxoş ermənilər postumuza hücum edib

saytların hazırlanması

Evə çatdırılma

Gecə sərxoş ermənilər postumuza hücum edib

Hadisə

22 Sentyabr 2022 10:01 7029


Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

“Caliber” teleqram kanalının məlumatına görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. Sezar pizza

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!