Gələn il pensiyalar bu qədər ARTACAQ -   RƏQƏMLƏR

saytların hazırlanması

Evə çatdırılma

Gələn il pensiyalar bu qədər ARTACAQ - RƏQƏMLƏR

Sosial

12 Dekabr 2024 16:58 42801


2025-ci ildə Azərbaycanda pensiyalar əvvəlki illərlə müqayisədə az artırılacaq. Buna səbəb 2024-cü ildə orta əməkhaqqının artım sürətinin əvvəlki illərlə müqayisədə az olması ilə bağlıdır.

 Sfera.az xatırladır ki, qanunvericiliyə əsasən, hər il pensiyalardakı artım əvvəlki ildə orta əməkhaqqında qeydə alınan artım sürətinə uyğun olaraq baş verir.

 2024-cü ilin yanvar-oktyabr ayları ərzində orta əməkhaqqının artım sürəti göstərir ki, gələn il pensiyalarda artım 8 faizdən az ola bilər. Dövlət Statistika Komitəsinin xəbərinə görə, ilk 10 ayda orta əməkhaqqı 7,8 faiz artıb. Dinamika göstərir ki, ilin sonuna yaxınlaşdıqca, əməkhaqlarında artım sürəti zəifləyir. pizza

 Məsələn, əməkhaqqında artım yanvar-fevralda 10,8 faiz olduğu halda, yanvar-iyunda 8,8 faiz, yanvar-sentyabrda 8 faiz olmuşdu. Bu dinamikaya uyğun olaraq ilin sonunda əməkhaqqında artım sürəti bir qədər də azalaraq 7-7,5 faizə düşə bilər. Belə olan halda gələn il pensiyalar da 7-7,5 faiz artırılacaq.

 Orta əməkhaqqında artım 2023-cü idə 11,1 faiz, 2022-ci ildə 14,7 faiz olmuşdu. Gələn il bu illərlə müqayisədə pensiyalar daha az artırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Meryem
    Bir sözle yaşaya bilirsen yaşa.
    1 year ago
  • Meryem
    Bir sözle yaşaya bilirsen yaşa.
    1 year ago
  • Telman
    pensiyalarl infilyasiyaggfaizi ne uygun artlrllmalldlr.Bu ise onlara serf etmir
    1 year ago
  • Vaqif
    Yavaş- yavaş artımı da yoxa çıxaracaqlar...
    1 year ago
  • VÜQAR
    Nə oldu,aylarla xalqın gözünə soxurlar ki,ay nə bilim pensiyalar belə artılacaq,nə bilim nə.İSondada aydın olur ki,pensiyalar cüzi artılılacaq.Bəs görəsən yuxarı nazirliklərdə,aparatlarda vəzifələrdə oturanların xəbəri varmı pensioner necə dolanacaq?.Xalq nisyə ümüdünə qalıb,dükanlardan ərzaqı nisiyə alır.
    1 year ago
  • Xaqani
    Heç artırmayın, bəsdirin xalql həmişə aldatdıgınız. Millətin əsəbləri ilə oynayırsınız siz. İnfilyasıyadan xəbəriniz yoxdur güya?, qiymətlər 200% artıb, pensiya 8% artacaq?? Bu necə yanaşmadır..
    1 year ago
  • Adil
    Bu mənim fikrimcə düzgün yanaşma deyil. Əmək haqqının artımına uyqun pensiyaların indeksleşməsi. Düzgün yanaşma, inflyasiya və qiymətlərin artımına, inflyasiyaya uyqun aparılmalıdır.
    1 year ago