Gənc şair narkotik alverinə görə məhkəmə qarşısında 

saytların hazırlanması

Evə çatdırılma

Gənc şair narkotik alverinə görə məhkəmə qarşısında 

Kriminal

21 Avqust 2023 12:23 1267


Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Şərəstan Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. News24.az-ın məlumatına görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. 

Şahidin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs şərləndiyini bildirib, ümumiyyətlə narkotik maddə tanımadığını deyib.

İttihama görə, Sərəstan Bəşirov bu il aprelin 26-da  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarımın keçirdiyi əməliyyat zamanı saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Sezar pizza

Qeyd edək ki, Sərəstan Bəşirov Azərbaycan yazıçılar birliyinin üzvü, gənc şairdir. O müxtəlif media qurumlarında şeir və hekayələri ilə çıxış edib, gənc yazar Sərəstan Gur kimi tanınıb.

Xatırladaq ki, bir müddət əvvəl Sərəstan Gur (Sərəstan Bəşirov) müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlara mövcud olmayan vakansiyalar təklif etdiyinə və bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyinə görə də saxlanılıb.

Kulis.az xəbər verir ki, o, 200-dən artıq adamın pulunu mənimsəyib.

 Sərəstan Gur elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!