Gəncədə 3 oğru yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 3 oğru yaxalandı

Kriminal

31 İyul 2023 10:03 1233


Gəncədə oğurluq şübhəli bilinən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, onlar müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumən 30.000 manatdan çox məişət əşyalarını oğurlayıb.

Şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Dördpendirli pizza

Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib.

15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov da saxlanılıb. Dindirilmə zamanı E. İsmayılov törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!