Gəncədə ağır qəza: “Hyundai” yol kənarında dayanmış VAZ-a çırpıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə ağır qəza: “Hyundai” yol kənarında dayanmış VAZ-a çırpıldı - Video

Hadisə

09 Noyabr 2022 18:26 1774


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə barədə məlumat və görüntülər sosial şəbəkədə paylaşılıb. 

Belə ki, qəza bu gün səhər saat 07:00 radələrində şəhərin Təbriz küçəsində qeydə alınıb. pizza sifarişi

Məlumatda qeyd edilib ki, “Hyundai” markalı avtomobil yolun kənarında dayanan VAZ-21011-ə çırpılıb. Nəticədə ikinci maşına ciddi zərər dəyib. Qəza zamanı xəsarət alan olmayıb. Zərbənin gücündən VAZ-21011-in yanındakı işıq dirəyi yararsız hala düşüb.

İlkin məlumata görə, VAZ-21011-in sahibi avtomobilini satmaq istəyirmiş.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı Oxu.Az-a təsdiqləyib. 

O bildirib ki, hadisə bu gün səhər saatlarında sözügedən ərazidə qeydə alınıb:

“Hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan VAZ-21011 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!