Gəncədə qardaş bacısını qanına qəltan etdi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qardaş bacısını qanına qəltan etdi

Kriminal

02 Noyabr 2023 09:39 986


Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"ın Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və sonuncu xəstəxanaya aparılan zaman ölüb. pizza mizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!